Şrift ölçüsü:
A+
A
A-
Kr
27 Oktyabr 2014

“Ölsəm, günahkar Lütvəli Babayevdir”

“Mətbuatda çıxış etdiyimə görə Zərdab Rayon İcra Hakimiyyətinin başçısı Lütvəli Babayevin evimə göndərdiyi polis əməkdaşları mənə hədə-qorxu gəlib”.
Zərdab rayonunun Çallı kənd sakini Zamanov Sovqat Nadir oğlunun AzNews.az-a ünvanladığı müraciətində belə deyilir.

Şikayətci yazıb ki, evinə gələn polislər ondan Zərdab rayon Çallı bələdiyyəsinin verdiyi arayışı istəyib: “Mən bələdiyyənin arayışını polislərə vermədim. Həmin arayışda hasar çəkdirdiyim torpağın mənə məxsus olduğu qeyd olunub. Deməli, Lütvəli Babayev hasarımı qanunsuz sökdürüb. Mənə icra başçısının ismarışını çatdırdılar ki, elə etməsin ki, nəinki, torpağına, hətta evinə, ailəsinə həsrət qalsın. Mənası isə budur ki, məni də şərlətdirib həbs etdirəcək. İcra başçısı Lütvəli Babayev belə işlərdə artıq peşəkarlaşıb. Bildirim ki, qanuni torpağımda çəkdirdiyim 50 metr uzunluğunda olan hasarımı icra başçısı Lütvəli Babayev öz sürücüsünün qardaşı oğlu Səfaralıyev Səfaralının idarə etdiyi "Azərsu"ya məxsus 63-T-445 nömrəli ekskavatorla sökdürərək yerlə-yeksan etdirib. Mən bu qanunsuzluq faktı ilə əlaqədar başda Prezident olmaqla bütün aidiyyatı orqanlara , o cümlədən "Azərsu"nun prezidenti Qorxmaz Hüseynova da ərizə ilə müraciət etmişəm.

"Azərsu"ya məxsus ekskavator hansı qanuna əsasən bu cinayət əməlinə cəlb edilib? Mən bu sualın cavabını Qorxmaz Hüseynovdan gözləyirəm.Artıq 3 gündür ki, stressdən xəstələnib Bakı şəhərində müalıcə olunuram. Özümü çox pis hiss edirəm, əgər ölərəmsə, bunun səbəbkarı icra başçısı Lütvəli Babayev olacaq”.
1165 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber