Şrift ölçüsü:
A+
A
A-
Kr
27 Oktyabr 2014

Bəzi rayonlara qar yağıb

Ekologiya və Təbii Sərvətlər Nazirliyi müşahidə olunmuş faktiki hava şəraitini açıqlayıb.

Nazirlikdən verilən məlumata görə, əvvəlcədən xəbər verildiyi kimi, oktyabrın 26-sı gündüzdən oktyabrın 27-si səhərədək ölkə ərazisində qeyri-sabit, yağıntılı hava şəraiti davam edib, yağış, dağlıq və
dağətəyi rayonlarda sulu qar, qar yağıb, Lənkəran-Astara zonasında güclü olub.

Ən çox düşən yağıntının miqdarı Lənkəran-Astara zonasında 14-77, Bakıda və Abşeron yarımadasında 1-19, Böyük Qafqazda 1-9, Kiçik Qafqazda 5-11, Qazax-Gəncə zonasında 1-7, Naxçıvan MR-da 1-8, Mərkəzi Aran rayonlarında 2-5 mm təşkil edib.

Oktyabrın 26-da maksimal temperatur Bakıda və Abşeron yarımadasında 7-9, Aran rayonlarında 7-10, dağlıq rayonlarda 7 dərəcəyədək, Naxçıvan MR-da 14-18 dərəcə isti təşkil edib.
1097 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
30.11.16, 11:38