Şrift ölçüsü:
A+
A
A-
Kr
27 Oktyabr 2014

Xəzərin sahilində raket kompleksi tapılıb

Bu gün səhər saatlarında Sərhəd Qoşunlarının naryadı tərəfindən Astara rayonunun Kələdəhnə kəndi ərazisində, Xəzər dənizinin sahilində sovet dövründən qalma 1 ədəd “Faqot” tipli tank əleyhinə raket kompleksi tapılıb.

Hadisə yerinə dərhal hüquq-mühafizə orqanlarının, Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzinin, Sərhəd və Daxili Qoşunların əməkdaşları cəlb olunublar.

Əraziyə baxış keçirilərkən məlum olub ki, kompleksin içərisində bir ədəd mərmi də olub./apa/
1021 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber