Şrift ölçüsü:
A+
A
A-
Kr
27 Oktyabr 2014

İŞİD-dan daha bir tozlu məktub gəldi

Ötən həftənin cümə günü Türkiyənin İstanbul şəhərindəki 5 ölkə konsulluqlarına göndərilən şübhəli zərfdən bu gün Macarıstan konsulluğuna da göndərilib. Bunu İstanbul valiliyi açıqlayıb. Açıqlamada bildirilir ki, şübhəli zərfin içərisindən çıxan sarı rəngli tozla təmasda olan konsulluq personalı nəzarət altına alınıb, bina isə evakuasiya edilib. Tozun hansı maddə olduğu araşdırılır.

Oktyabrın 24-də Belçika, Kanada, Almaniya, Fransa və ABŞ-ın İstanbul konsulluqlarına içində sarı toz olan şübhəli zərflər göndərilmişdi.

Zərflərin İŞİD tərəfdarları tərəfindən göndərildiyi ehtimal edilir. Konsulluqlarına göndərilən şübhəli zərfin içindəki maddənin zəhərli olacağı ehtimalı hər kəsi təşvişə salıb. Zərflə təmasda olan 20-ə yaxın şəxs xəstəxanaya yerləşdirilib.
Sarı tozun əslində nə olduğunu müəyyənləşdirmək üçün laboratoriya təhlilləri aparılır.
971 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
08.12.16, 09:49
Qar yağdı, Bakı-Qu