Şrift ölçüsü:
A+
A
A-
Kr
27 Oktyabr 2014

Ailəsi ilə birlikdə Suriyaya getdi

Azərbaycanda daha bir şəxsin ailəsini də götürərək Suriyaya getdiyi bildirilir.

Qax rayonu Zərnə kənd sakini 1971-ci il təvəllüdlü Abdulhəmid Zeynalabid oğlu Əliyev iki həftə əvvəl 4 nəfərdən ibarət ailə üzvlərini də götürərək, Suriyaya gedib.

Kənddən bildirilib ki, onun Suriyada gedən hərbi əməliyyatlarda “İraq Şam İslam Dövləti” adlı terrorçulara qoşulduğu deyilir.

Qeyd edək ki, hələ 2010-cu ilin aprelində Abdulhəmid Əliyevin yaşadığı evdə hüquq-mühafizə orqanları tərəfindən əməliyyat-axtarış tədbiri aparılıb.

Bu zaman A. Əliyevin yaşadığı evdən vəhhabiliyi təbliğ edən 33 ədəd müxtəlif adda dini kitab, 7 broşür və 4 ədəd audio disk aşkar edilərək götürülüb. A. Əliyev barəsində inzibatı qaydada tədbir görüldükdən sonra sərbəst buraxılıb./simsar/
968 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
08.12.16, 09:19