Şrift ölçüsü:
A+
A
A-
Kr
28 Oktyabr 2014

28 oktyabrda gözlənilən hava şəraiti

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə:
Bakıda və Abşeron yarımadasında
Oktyabrın 28-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gecəyə doğru yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı ehtimal olunur.
Mülayim şimal-şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 6-8, gündüz 12-15 dərəcə isti olacağı gözlənilir.
Atmosfer təzyiqi normadan yüksək 774 mm civə sütunu, nisbi rütubət gecə 85-95, gündüz 60-70 faiz təşkil edəcək.
Azərbaycanın rayonlarında
Oktyabrın 28-də gecə və səhər bəzi yerlərdə duman, çiskin olacağı, ayrı-ayrı şərq rayonlarında yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək.
Havanın temperaturunun gecə 5-8, gündüz 10-15, dağlarda gecə 0-5 dərəcə isti, bəzi yerlərdə 4 dərəcə şaxta, gündüz 5-10 dərəcə isti olacağı gözlənilir.
1183 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber