Şrift ölçüsü:
A+
A
A-
Kr
28 Oktyabr 2014

Ukraynada Xalq Cəbhəsi seçkilərdə liderlik edir

Ukraynanın Ali Radasına seçkilərdə Arseniy Yatsenyukun lideri olduğu Xalq Cəbhəsi 21,94 faiz səslə liderlik edir.

UNN agentliyinin verdiyi məlumata görə, bu barədə Ukraynanın Mərkəzi Seçki Komissiyası seçki protokollarının 81,30 faizinin hesablanmasından sonra məlumat verib.

Nəticələrə görə, daha beş partiya Ali Radada təmsil olunacaq. Bunlar prezident Pyotr Poroşenkonun bloku (21,61%), “Özünəyardım” (“Samopomoş”) Birliyi (11,03%), “Müxalifətçi blok” (9,52%), Radikal Partiya (7,43%) və “Batkivşina” (5,69%) partiyasıdır.

Xatırladaq ki, Ukraynada oktyabrın 26-da növbədənkənar parlament seçkiləri keçirilib. Səsvermədə seçicilərin 52%-i iştirak edib./apa/
1070 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
29.11.16, 09:25
Qış yuxusu
29.11.16, 09:10
PKK qaz borusunu partlatdı