Şrift ölçüsü:
A+
A
A-
Kr
28 Oktyabr 2014

Bu il qəzalarda 74 uşaq ölüb

Ölkə ərazisində baş verən qəzaların açıqlanan statistikası onu göstərdi ki, bu il baş verən yol qəzaları və ölüm hallarının sayı ötən illərlə müqyisədə çox olulb. Təkcə son 10 gündə baş verən qəzalarda 10 dan artıq insan həyatını itirib, qəzalarda böyüklərlə yanaşı azyaşlıların da ölüm halları artıb. Ekspertlər isə körpələrin ölümündə bir başa məsuliyyəti valideynilərdə görür.

Sürücülərin məsuliyyətsizliyi çox vaxt qəzalar baş verən zaman onların həyatı bahasına başa gəlir. Bunun nəticəsidir ki, bu ilin 9 ayı ərzində baş verən qəzalarda ölənlərin 74 nəfəri, xəsarət alanlardan isə 175 nəfəri uşaqlar olub.

Sürücü valideynlər övladlarını maşına mindirərkən uşaq oturacaqlarından istifadə etmirlər ki, bu da çox vaxt acı sonluqla bitir. Ən yaxşı halda balacaların əlil qalması ilə nəticələnir. Ekpertlər də belə hesab edir ki, həm uşaq oturacaqlarından istifadə olunmaması, həm də arxada təhlükəsizlik kəmərlərinin taxılmaması da balacaları ölümə bir addım da yaxınlaşdırır. Sürügülərin demək olar ki, əksəriyyti oturacaqlardan istifadəni məsləhət bilmirlər, bu da qəza vaxtı uşaqların ölümünü qaçılmaz edir.

“Təbliğat işi aparılmalıdır. Həmçinin sürücülər arasında maarifləndirmə işləri də aparılmalıdır ki, onlar artıq bu oturacaqlardan istifadə olunmamasının nə qədər təhlükəli olduğunu bir daha anlamalıdırlar. Əgər belə olmasa hər dəfə bu qəzalarda ölənlərin sayı artacaq” – deyə ekspert Azər Allahverənov bildirir.

BDYPİ-nin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev bildirir ki, qəzalarda ölüm faktı çoixalıb:

“Əvvəlki ilin 9 ayı ilə müqayisədə bu il nisbətən ölüm faktı çox olub. Yaralıların sayı isə 5 faiz azalıb”.

Əgər övladınızın sağlam olmasını istəyirsinizsə o zaman ilk əvvəl təhlükəsizlik qaydalarına əməl edin. Əks halda həm öz həyatınızla həm də övladnızn həyatı ilə vidalaşmalı olacaqsınız./ans/
846 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber