Şrift ölçüsü:
A+
A
A-
Kr
28 Oktyabr 2014

İŞİD rus girovu öldürdü

İŞİD terrorçularının amerikalı və britaniyalı girovlardan sonra bu dəfə də rus mühəndisi edam etdiyi xəbəri yayılıb.

İŞİD terror qruplaşması Suriyanın Raqqa şəhərində girov saxladığı rus mühəndis Sergey Qorbunovu güllələyərək öldürdüyü iddia edilir. Bu barədə “The New York Times”ın yazdığı xəbərdə deyilir.

Silahlıların 2013-cü ildə yayımladığı son görüntüdə Qorbunov ona qarşı yaxşı münasibət göstərildiyi, onu Səudiyyəli Xalid Süleymanla dəyişmək istədiklərini bildirmişdi. Əgər bu baş verməsə, öldürüləcəyini qeyd edirdi. O buna görə Rusiya, Suriya və Beynəlxalq Qırmızı Xaç Komitəsindən kömək istəmişdi.

Xatırladaq ki, İŞİD terror qruplaşması üzvləri bu vaxtadək amerikalı jurnalist Ceyms Fouli, Stiven Sotlof və ingilis Alan Henninqin başını kəsərək edam videolarını yayıblar./ans/
1005 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
24.04.17, 14:22
Əsgərimiz şəhid olub
24.04.17, 09:55
Düşməndən qorxma!
Go to TOP