Şrift ölçüsü:
A+
A
A-
Kr
28 Oktyabr 2014

Terrorçulara ağır zərbə vuruldu: 33 ölü

Pakistan hərbçilərinin Şimali Vəziristan bölgəsində hava hücumları zamanı 33 terrorçu məhv edib.

Ordunun yaydığı bəyanatda hava hücumları zamanı terrorçuların gizləndiyi doqquz istehkamın dağıdıldığı qeyd olunur.

Pakistan iyun ayından Şimali Vəziristan bölgəsində genişmiqyaslı hücumlara başlayıb. Bu müddət ərzində 1100-dən çox yaraqlının öldürüldüyü haqda məlumatlar var. Hərbi qüvvələr bölgədə başlıca şəhərlərin Pakistan-Əfqanıstan sərhədinin hər iki tərəfində böyük tələfatlara səbəb olmuş hücumlarda günahlandırılan ekstremist şəbəkələrdən təmizləndiyini bildirib.

Pakistan ordusu həmçinin bu yaxınlarda Xeybər sərhəd bölgəsində də yaraqlılara qarşı əməliyyatlara başlayıb. Rəsmilər Vəziristanda hücumlar zamanı qaçan islamçı döyüşçülərin orada sığınacaq tapdığına inanır. Bazar günü keçirilmiş hücumlar zamanaı 18 yaraqlının öldürüldüyü bildirilir.
1106 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
Go to TOP