Şrift ölçüsü:
A+
A
A-
Kr
28 Oktyabr 2014

“Azərbaycanda insanın sifətinə baxıb 10 il iş verə bilərlər”

Rüstəm İbrahimbəyov: “Bu ölkədə baş verən heç nəyə təəccüblənmirəm”

Azərbaycanın dünya şöhrətli ziyalısı, məşhur kinorejissor Rüstəm İbrahimbəyov Moderator.az-a açıqlamasında Azərbaycan Ziyalılar Birliyinin sədri Eldəniz Quliyevlə daxili işlər naziri Ramil Usubov arasındakı məhkəmə prosesindən danışıb. R.İbrahimbəyovun sözlərinə görə, Azərbaycanda istənilən gözlənilməzliyin realaşması mümkündür və bu baxımdan nəyəsə təəccüblənmək lazım deyil:
“Mən Azərbaycanda baş verən heç bir hadisəyə təəccüblənmirəm. Azərbaycan elə bir yerdir ki, burada hər şey baş verə bilər. Məsələn, heç bir günahı olmayan adama 10 il iş verə bilərlər. Bunun üçün həmin şəxsin sifaətinin kiməsə xoş gəlməməsi yetərlidir. Həm Qərb, həm də dünya ictimaiyyəti yaxşı bilir ki, Azərbaycandakı durum qeyri-sivil, qeyri-humanist bir durumdur”.
R.İbrahimbəyovun sözlərinə görə, E.Quliyevlə bağlı yaşananlar Azərbaycanın imicinə ciddi zərbə vuracaq:
“Eldəniz bəylə bağlı mövcud vəziyyət tədricən çərivədən çıxır. Axı Eldəniz bəy nə deyib ki? Eldəniz bəy yol polisini tənqid edib, özü də əsaslı olaraq tənqid edib. Buna görə onu günahkar elan etmək dəhşətdir. Bu, heç şübhəsiz ki, Azərbaycana böyük ziyan vuracaq. Ümidvaram ki, bu baş verməyəcək. Qanunun aliliyinə az da olsa əməl edilsə, Eldəniz bəyin həbsi ilə bağlı tələb reallaşmayacaq. Buna ümidvaram. Ümid edirəm ki, sabahkı məhkəmə prosesində hakimin verəcəyi qərar Eldəniz bəyin həbsi ilə nəticələnməyəcək”.
1080 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
29.11.16, 09:25
Qış yuxusu
29.11.16, 09:10
PKK qaz borusunu partlatdı
Go to TOP