Şrift ölçüsü:
A+
A
A-
Kr
28 Oktyabr 2014

Livan ordusu Tripoli şəhərini tam nəzarətə götürüb

Livanın şimalında radikal silahlıların sığınacaqlarından olan Tripolidə gedən 5 günlük qarşıdurmalar və hərbi əməliyyatlardan sonra şəhər tam şəkildə ordunun nəzarətinə keçib.

İnterAz-ın "əl-Məyadin" telekanalına istinadla verdiyi xəbərə görə, intensiv əməliyyatlardan sonra şəhərdəki silahlılar xeyli sayda silah-sursatı tərk edərək şimaldakı dağlara qaçıblar. Yerli mənbələrin məlumatına əsasən, hərbi əməliyyatlar zamanı ordu 50-dən çox silahlını öldürüb və 100-dən çox silahlı və şübhəli şəxsləri saxlayıb.

Hazırda Livan ordusu Tripolidə "təmizləmə" əməliyyatları aparır.

Livan kəşfiyyatı ölkədə radikalların daha bir sığınacağı olan Səyda şəhərində də əməliyatlar aparıb. Livan polisinin məlumatına görə, şəhərdə mühüm obyektlərdə həyata keçirilən iki terror aktının qarşısı vaxtında alınıb.
1042 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
08.12.16, 07:42