Şrift ölçüsü:
A+
A
A-
Kr
28 Oktyabr 2014

"Təkfirçilərin mənşəy və kökünü tapıb mübarizə aparmaq lazımdır"

“Təkfirçilərin işləri qeyri müsəlmanları islamdan uzaqlaşdırır. Bunlar öldürür, baş kəsir, Quran ayələrini dəyişir və peyğəmbərdən yalan hədislər nəql edirlər.”

İnterAz-ın "əl-Mənar" telekanalına istinadla verdiyi xəbərə görə, bunu Livan “Hizbullah” hərəkatının lideri Həsən Nəsrullah deyib.

Həsən Nəsrullah Beyrutda məhərrəm ayının gəlişi ilə bağlı etdiyi çıxışında radikal vəhhabilərin İraq, Suriya, Livan və digər ölkələrdə törətdikləri əməllər nəticəsində müsəlmanların vəhşi və qaniçən kimi tanındığını deyib.

“Təkfirçilərin işləri müsəlmanları digərlərinin gözündə vəhşi və qana teşnə olan bir qrup insan kimi canlandırır. Ərəb ölkələrində bu təkfirçilik cərəyanı 200 ildir ki, yaranıb. Bəzi ölkələr bu fikirlərin yayılması üçün böyük imkanlar yaradıblar. Milyardlarla dollar xərclənib. Baş verənlər islam üçün və müsəlman cəmiyyətlər üçün ən böyük təhlükədir. Problemləri deyil onların mənşəyi və kökünü tapıb mübarizə aparmaq lazımdır. İslam tarix boyu təkfirçilərin əməlləri kimi heç vaxt bu qədər təhrif edilməmişdi.”
1383 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
05.12.16, 00:40