Şrift ölçüsü:
A+
A
A-
Kr
28 Oktyabr 2014

Orqanizmi dərmandan yaxşı təmizləyən qidalar

Orqanizmi dərmandan yaxşı təmizləyən qidalar

tabloid.az

Bəzi qida məhsulları orqanizmi dərman vasitələrindən daha yaxşı təmizləyir. Dərmanların rolunu ondan yaxşı oynayan qida məhsulları həm də immun sistemi gücləndirir. Tabloid.az orqanizmi dərman yaxşı təmizləyən qida məhsullarını təqdim edir:

Qırmızı çuğundur

Orqanizmi ən gözəl təmizləyən əlbəttə ki, qırmızı çuğundur. Birincisi, onun tərkibində fosfor, mis, sellüloz, C vitamini və orqanizmdə yeməyin hərəkətini yaxşılaşdıran və bağırsaqlarda "pis" qoxulu bakteriyaları məhv edən bir sıra üzvi turşular var. İkincisi, onun tərkibinə daxil olan lipotrop maddə "betain" qaraciyərdən zəhərləri xaric edir. Üçüncüsü, çuğundur tərkibindəki fol turşusu sayəsində orqanizmi gəncləşdirir, yeni hüceyrələr yaradır, dərini, tükləri və dırnaqları möhkəmlədir.

İstifadə qaydası: Qaynadılmış və ya həlim şəklində, borşda, salatlarda, şirə şəklində içilə bilər.

Ağ kələm

Bu tərəvəzin tərkibində çoxlu miqdarda qida lifləri mövcuddur ki, onlar ağır metalların və elementlərin bağırsaqdan xaric olmasına kömək edir. Bundan başqa, o, həzmi yaxşılaşdırır. Ağ kələmin tərkibi mikrofloranı, həzm orqanlarının işini asanlaşdıran üzvi turşularla zəngindir. Ancaq bu da hələ hamısı deyil. Kələmdə çox nadir tapılan U vitamini vardır. O, təhlükəli kimyəvi maddələri  zərərsizləşdirir və vitaminlərin sintezində iştirak edir və hətta yaraları da sağaldır.

İstifadə qaydası: Təzə, qıcqırdılmış, şirə şəklində.

Sarımsaq

Bir diş sarımsaqda 400-dən artıq faydalı komponent var.  Onlar qanda pis xolesterinin səviyyəsini aşağı salır və damarları təmizləyir, beyin xərçənginə səbəb olan hüceyrələri, difteriya, vərəm bakteriyalarını məhv edir və bağırsaq qurdlarını orqanizmdən xaric edir.

İstifadə qaydası: Təzəsi, üyüdülmüş şəkildə.

Baş soğan

Onun başlıca dəyəri efir yağlarındakı fitonisidlərdir. Bu maddələr bir neçə saniyə ərzində bakteriyalar və göbələkləri öldürməyə qadirdirlər. Bundan başqa, soğan  həzmi, iştahanı, qida maddələrinin mənimsənilməsi yaxşılaşdırır. Onun tərkibindəki kükürd isə orqanizmi bütün zərərli vasitələrdən təmizləmək, toksinləri zərərsizləşdirmək imkanı verir.

İstifadə qaydası: Təzə şəkildə salatlarda, spirt məhlulunda və sizanaq əleyhinə kosmetik maskaların tərkibində. 

Alma

Tərkibindəki pektin və sellüloza sayəsində alma həzm sisteminin işini normallaşdırır, orqanizmi şlaklardan, toksinlərdən təmizləyir, iştahanı yaxşılaşdırır, mədə şirəsinin istehsalını stimullaşdırır, qəbizliyi aradan qaldırır.  Bundan başqa, alma A qripi virusunun törədicisini, dizenteriyanı, qızılı stafilokoku öldürür.

İstifadə qaydası: Qabıqlı şəkildə, şirəsi, əzilmiş sıyığı, həlimi, qaynadılmış formada.

Avokado

Təəssüf ki, bu cənub meyvəsinin faydalı xüsusiyyətləri  geniş ictimaiyyətə məlum deyil. Hərçənd ki, avokadonun tərkibində qlyutation adlı gözəl bir maddə var, bu maddə qaraciyəri yükləyən təxminən 40 müxtəlif kansogeron maddəni bloklayır.  Bundan başqa, o, qanda xolesterinin səviyyəsini normallaşdırır, həzmi yaxşılaşdırır,  hüceyrələri oksigenlə təmin edir.

İstifadə qaydası: Təzə, quru meyvəsi və ya yağı.

Quşüzümü

Клюква

Bu, yəqin ki, sidik yollarını, sidik kisəsini zərərli bakteriyalardan təmizləyən ən güclü təbii antibiotiklərdən biridir. Bu giləmeyvə orqanizmi bakteriyalardan effektiv təmizləyir. Quşüzümünün xərçəng hüceyrələrinin inkişafını əngəlləməsi, həmçinin damarlarda qan laxtalarının qarşısını almaqda da rolu vardır.

1090 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
01.12.16, 09:11