Şrift ölçüsü:
A+
A
A-
Kr
12 Noyabr 2013

"Taliban" liderlərindən biri öldürülüb

Taliban hərəkatı təşkilatın liderlərindən olan Nasiruddin Haqqaninin öldürülməsi xəbərini təsdiqləyib.

Hərəkatdan bildirilib ki, Əfqanıstan və Pakistanda böyük nüfuza sahib olan və Haqqani təşkilatını yaradan Nasiruddin Pakistanın Vaziristan bölgəsində qətlə yetirilib. Naməlum şəxslər tərəfindən avtomobilində odlu silahla öldürülən Taliban liderinin hansı səbəbdən belə bir aqibətlə üzləşdiyi isə məlum deyil.

Qeyd edək ki, Haqqani Talibanın maliyyə dəstəyində vacib rol oynayan şəxslərdən hesab edilirdi. 2010-cu ildə o, Amerika Birləşmiş Ştatları tərəfindən dünyanın ən təhlükəli terrorçuları siyahısına salınıb. Elə həmin il rəhbərlik etdiyi təşkilat terror təşkilatları sırasına daxil edilib.
2259 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
28.07.17, 09:31
Votsapdan yeni rekord
26.07.17, 09:28
Bakıda qan töküldü
Go to TOP