Şrift ölçüsü:
A+
A
A-
Kr
28 Oktyabr 2014

Yozef Blatter: Rusiya və Ukrayna yığmaları eyni qrupda yer almayacaq

Rusiya və Ukrayna yığmaları 2018-ci il dünya çempionatının seçmə mərhələsində eyni qrupda yer almayacaq. Bunu FİFA prezidenti Yozef Blatter açıqlayıb.

4 ildən sonra Rusiyada keçiriləcək mundialın loqosunun təqdimat mərasiminə qatılmaq üçün Moskvaya səfər edən isveçrəli funksioner mətbuat konfransı keçirib. Blatter iki ölkə arasında problemlərin FİFA-nın da diqqətindən yayınmadığını, bu üzdən də onların fərqli qruplara salınacağını qeyd edib.

Bunun üçün Ukrayna final mərhələsinə vəsiqə qazanmalı, həm də yarışın keçirildiyi Rusiyaya yollanmağa razı olmalıdı. Belə olsa, final mərhələsində komandalar fərqli qruplarda çıxış edəcəklər.

Qeyd edək ki, mövcud qaydalara əsasən, 3 cütlük – Azərbaycanla Ermənistan, Rusiya ilə Gürcüstan, İspaniya ilə Cəbəllütariq eyni qrupa düşə bilməz. Albaniya və Serbiya cütlüyü də onlara qoşulması gözlənilir.
910 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber