Şrift ölçüsü:
A+
A
A-
Kr
28 Oktyabr 2014

Gəncədə keçmiş məhbusu güllələdilər

Daxili İşlər Nazirliyi Gəncədə baş vermiş silahlı insidentlə bağlı məlumat yayıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin verdiyi məlumata görə, oktyabrın 27-də Gəncə sakini Sənan Qurbanov odlu silahdan açılmış atəşdən aldığı güllə yarası ilə xəstəxanaya gətirilib.

Araşdırmalar zamanı məlumata görə, vurulan Sənan Qurbanov əvvəllər məhkumluq həyatı yaşayıb.

Kəpəz rayon Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində hadisənin şəhər sakini, əvvəllər məhkum olunmuş Qalib Cəfərov tərəfindən törədildiyi müəyyən edilib.

Kəpəz rayon Polis İdarəsi tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır./ans/
1126 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
23.05.18, 08:56
ABŞ-da növbəti atışma
22.05.18, 08:58
Naxçıvan silkələndi
Go to TOP