Şrift ölçüsü:
A+
A
A-
Kr
28 Oktyabr 2014

Hacı Sərdar həbsdəki alimlərə olunan təzyiqlərin səbəblərini açıqladı

Məlum olduğu kimi, son zamanlar Azərbaycanın zindanda olan ruhanilərinə qarşı təzyiqlər olunur. Hacı Mövsüm Səmədovun saxlandığı həbsxananın dəyişdirilməsi, "kars"la cəzalandırılması, Qobustan qapalı tipli cəzaçəkmə müəssisəsinə köçürülməsi, eləcə də, bu cəza siyasətinin həm Tale Bağırov, həm də Abgül Süleymanov üçün də reallaşdırılmasına səbəb nədir? Bu mövzu ilə bağlı İslamazeri.az saytı ilahiyyatçı alim Sərdar Hacıhəsənli ilə müsahibə alıb.

Müsahibəni təqdim edirik:

Birincisi, sifariş mərkəzləri nümayişgəranə şəkildə demək istəyirlər ki, biz, islamçılar və ruhaniyyəti müdafiə edən ölkə vətəndaşlarının narazılığından çəkinmirik. Şəraitin gərginliyindən asılı olmayaraq, istədiyimiz qərarı veririk. El dili ilə desək, vətəndaşa muskul göstərirlər. Bu isə, siyasət və idarəetmənin iflasa uğradığını göstərir. Çünki tam əhatəli qüdrət psixologiyasında xalqla müdara tərzi daha çox yer alır. Fərqli düşünən, fərqli yaşayan və fərqli danışanlara qarşı sonunu düşünmədən olan hücumlar isə bir növ əli silahlı, eyni zamanda, ürəyi xoflu olanların çaşqınlıq halında etdiyi yanlış hərəkətlərə bənzəyir.

İkinci səbəb kimi bunu deyə bilərəm ki, ola bilsin, bəzən ölkə səviyyəsində gerçəkləşən və hakimiyyətin ürəyinə yağ və bal kimi yayılan siyasi tövbələri ümum müxalifətin halına şamil etmək vahid plan kimi qəbul edilmişdir. Təbii olaraq, şəraitin dözülməz hala gəlməsi bir növ bu plana yol açır. Uyğun məsələnin islamçılara tətbiqi isə, gülünc və mümkünsüzdür. Bilməlidirlər ki, həbs öncəki vəhyə əsaslanan, haqq olaraq deyilən sözü təkzib etmək dini inanclardan dönmək anlamındadır. Belə olduqda, siyasi tövbə edənlər onlar tərəfindən kontrola alınmış yararlı liderlər hesablandığı halda, dini ictimaiyyətdə standartlardan düşmüş fərd kimi dəyərləndirilir. Vəhyə əsaslanan düşüncə və davranışlarından peşman olan və onu təkzib edən liderlər, əsla liderlik statusunu qoruyub-saxlaya bilməz. Çünki dindarlar lider statuslu şəxslərə deyil, dini standartlara uyğun liderlər ətrafında birləşməyə israrlıdırlar.

Üçüncü səbəb ruhaniləri mümkün qədər digər məhbuslardan uzaqlaşdırmaq məqsədi güdür. Çünki məhbus ruhanilərin düşüncə tərzi və nümunəvi rəftarları digər məhbuslarda təsir buraxır.

Dördüncü səbəb isə, ruhanilərin həbsxanadan ölkə və dünya gündəmində olan məsələlərə reaksiyası onlara qarşı intiqam hissini qıcıqlandırır.


1194 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
<