Şrift ölçüsü:
A+
A
A-
Kr
28 Oktyabr 2014

Xurma - Siqaret çəkənlər oxusun

Xurma faydaları ilə də fərqlənir. Payız və qış aylarında orqanizmin lazımi vitamin və mikroelementlərlə təmin edilməsində xurmanı əvəzolunmaz meyvə saymaq olar. Bununla yanaşı xurmanın sağlamlıq üçün digər faydaları da var.
Mütəxəssislərin qənaətinə görə, gündə bir ədəd xurma yemək ürək xəstəliklərinin profilaktikası üçün ən yaxşı vasitələrdən biridir. Bu meyvə ürək əzələlərini qidalandırır.
Xalq təbabətində yaraların və yanıqların sağalmasında xurmadan geniş istifadə olunur. Xurmanı kəsib zədələnmiş yerə qoymaqla sağalmanı sürətləndirmək olar.
Orqanizmdə dəmir defisiti zamanı xurmadan istifadə məsləhət görülür.
Ağciyərlər və bronxlar üçün olduqca xeyirlidir. O tənəffüs yollarını təmizləyir. Xüsusilə siqaret çəkən insanlar xurmanın bu faydasından yararlana bilərlər.
Xurmanı gündəlik qida rasionuna daxil etməklə qanda xolesterinin miqdarını rahatlıqla aşağı salmaq olar.
Sidikqovucu xassəyə malik olan xurma bədəndən artıq duzların çıxmasına kömək edir.
Bu meyvə reproduktiv sistemi, cinsi fəaliyyəti normallaşdırır
Qan təzyiqini aşağı salır.
Xurma həmçinin sinir sistemini sakitləşdirir, fiziki və zehni gərginliyi götürür, iş qabiliyyətini artırır.
Tərkibindəki A vitamininə görə xurma gözlər üçün də xeyirlidir.
Uzun sürən xəstəliklərin müalicəsindən, ağır əməliyyatlardan sonra xurma orqanizmin bərpa olunması üçün faydalıdır.
Xurma həzmi yaxşılaşdırır. Tərkibində pektin maddəsinin olması bütövlükdə həzm sisteminə müsbət təsir göstərir.
Hələ qədim zamanlardan xurmadan kosmetik vasitə kimi geniş istifadə olunub.
Xurmanın qabığı soyulduqdan sonra bir ədəd yumurtanın sarısı ilə qarışdırılır. Üzdə olan cizvə və sızanaqlara çəkilir. Yarım saatdan sonra ilıq su ilə yuyulur. Həftə ərzində bunu bir neçə dəfə təkrar etməklə üzdə olan problemlərdən qurtulmaq olar.
Yağlı üz dərisi üçün isə soyulmuş xurmanı, bir ədəd yumurtanın ağını, bir çay qaşığı balı və eyni miqdarda əzvay şirəsini qarışdırıb üzə çəkmək, 15 dəqiqə saxladıqdan sonra ilıq su ilə yumaq lazımdır.
Mədəaltı vəz problemlərindən və şəkərli diabetdən şikayəti olanlar xurmadan məhdudiyyətlə istifadə etməlidirlər. Ən başlıcası isə istənilən faydalı qida məhsullarının istifadəsində normaya riayət etmək lazımdır.
1116 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
07.12.16, 10:37