Şrift ölçüsü:
A+
A
A-
Kr
28 Oktyabr 2014

“Coca-Cola”nın 1 saat ərzində insan orqanizminə verdiyi ziyan

Türkiyəli həkim Canan Karatay bir stəkan “Coca-Cola”nın 1 saat ərzində insan orqanizminə verdiyi ziyanı açıqlayıb. Türkiyə mətbuatı xəbər verir ki, həkim bu zərərləri 8 əsas bənddə qruplaşdırıb:

1. “Coca-Cola”nı içdiyiniz ilk 10 dəqiqə ərzində qanınıza 10 çay qaşığı şəkər daxil olur. Bu isə günlük normadan 100 dəfə çoxdur. Ürək bulanmasının olmamasının səbəbi isə içkinin təkibdə olan fosforik asid adlanan maddədir.

2. İlk 20 dəqiqə ərzində insanın qan şəkəri yüksəlməyə başlayır. Qanda gedən reaksiya nəticəsində insulin ifraz olunur və qan şəkərinin artığı qaraciyərdə yağ kimi toplanır.

3. 40 dəqiqə içərisində kafein bütün qanda dolaşmağa başlayır.

4. Qan təzyiqi yüksəlir. Qaraciyərdən gələn şəkər qana keçir və qandakı şəkərin miqdarı yenidən yüksəlməyə başlayır.

5. 45 dəqiqə sonra beyindəki dopaminin miqdarı artır, insan özünü xoşbəxt hiss etməyə başlayır (Heroinin təsirinə bənzər təsir yaşanır)

6. Təkrar “Coca Cola”ya və şirin ərzaqlara təlabət artır.

7. İçkinin qəbul edildiyi vaxt ərzində qaraciyərin yağlanması artır. Bədənin bütün hüceyrələrində leptin və insulinə (yağlara və zülalara qarşı) müqavimət artır.

8. Kökəlmə başlayır və bütün inkişaf edən xəstəliklərə başlanğıc verir.
1128 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
30.1