Şrift ölçüsü:
A+
A
A-
Kr
29 Oktyabr 2014

29 oktyabrda gözlənilən hava şəraiti

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə:
Bakıda və Abşeron yarımadasında
Oktyabrın 29-da buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, havanın səhər çiskinli olacağı, axşama doğru bəzi yerlərdə yağış yağacağı ehtimal olunur.
Şimal-şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 7-10, gündüz 12-15 dərəcə isti olacağı gözlənilir.
Atmosfer təzyiqi normadan yüksək 768 mm civə sütunu, nisbi rütubət gecə 85-95, gündüz 60-70 faiz təşkil edəcək.
Azərbaycanın rayonlarında
Oktyabrın 29-da bəzi yerlərdə duman, çiskin olacağı, şərq rayonlarında isə arabir yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək.
Havanın temperaturunun gecə 5-10, gündüz 12-17, dağlarda gecə 0-5 dərəcə isti, bəzi yerlərdə 3 dərəcə şaxta, gündüz 5-10 dərəcə isti olacağı gözlənilir.
1202 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
23.01.17, 11:09
ABŞ BMT-ni tərk edir!
23.01.17, 09:32
Kişi söhbəti
22.01.17, 11:59
Azərbaycanda Azadlıq