Şrift ölçüsü:
A+
A
A-
Kr
29 Oktyabr 2014

Türkiyədə yerin altında qalan 18 şaxtaçılardan heç bir məlumat yoxdur

Qəza nəticəsində su altında qalmış şaxtada 18 fəhlə var, onların taleyi barədə heç bir məlumat yoxdur. Bu barədə faciənin baş verdiyi Karaman əyalətinə gəlmiş Türkiyənin energetika və təbii sərvətlər naziri Taner Yıldız deyib.

İlkin məlumata görə, ötən gün Karaman əyaləti, Ermenek şəhəri yaxınlığında yerləşən kömür mədənində uçqun baş verib. Qəza nəticəsində su borusu zədələnib, nəticədə şaxtanın 50 m hissəsi su altında qalıb. Hadisə zamanı şaxtada 40-dək fəhlə olub, onların əksəriyyəti xilas oluna bilib.

“Vaxt bizim əleyhimizə işləyir, çünki suyun səviyyəsi sürətlə artır. Suyu hələlik yalnız 1 nasos sovurur, hazırda ikinci nasos quraşdırılır”, deyə nazir bildirib.

Qeyd edək ki, qəza 375 metr dərinlikdə baş verib. Xilasedicilər yerin altında qalan fəhlələrin şaxtanın təhlükəsiz bölmələrinə sığındığına ümid edir. Xilasetmə əməliyyatın bir neçə gün davam etdiriləcəyi ehtimal olunur. Şaxtaya xilasedici-dalğıcları da cəlb etmək planlaşdırılır./apa/
1156 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...