Şrift ölçüsü:
A+
A
A-
Kr
13 Noyabr 2013

İranın neft hasilatı artıb

İranın neft hasilatı artıb. APA-nın İRİB-ə istinadən verdiyi məlumata görə, bu barədə İranın Neft Nazirliyi açıqlama yayıb. Xəbərdə bildirilir ki, İranın xam neft hasilatı bu ilin sentyabr və oktyabr aylarında ötən ilin eyni dövrləri ilə müqayisədə gündəlik 250 min barel artıb.

Qeyd edək ki, Neft İxrac edən Ölkələr Təşkilatı (OPEK) İranın xam neft ehtiyatının 157 milyard barel olduğunu açıqlayıb. İran OPEK-ə üzv ölkələr arasında xam neft ehtiyatına görə Orta Şərqdə ikinci, dünyada isə üçüncü yerdədir.
1819 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...