Şrift ölçüsü:
A+
A
A-
Kr
29 Oktyabr 2014

Türkiyə parçalanır: PKK Cizrədə səngər qazdı

PKK silahlı birləşmələri Türkiyənin Şırnak əyalətinin Cizrə mahalında muxtariyyət elan edərək iki qəsəbədə xəndək qazıb.

PKK-nın şəhərlərdəki asayişi qoruyan Yurtsever İnqilabçı Gənclər Hərəkatı (YDG-H) tərəfindən qazılan xəndəklər yerli polis qüvvələrindən qorunmaq məqsədi daşıyır. Sur və Nur qəsəbələrində qazılan xəndəklərə PKK silahlı birləşmələri toplanmaqdadır.

Bu arada Cizrədə muxtariyyət elan edən PKK-nın polis və əsgərlərə qarşı sui-qəsd hazırlığında olduğu ortaya çıxıb. Silahlı birləşmənin İcra Şurasının üzvü Murat Qarailanın “məhəllələri ələ keçirin” təlimatının ardından terrorçular bölgəni tam nəzarətə alıb.

Qarailanın təlimatından sonra 20 min adamın yaşadığı Sur və Nur qəsəbələrinin bütün giriş-çıxış nöqtələri PKK-nın əlinə keçib.

Qazılan xəndəklərlə polis müdaxiləsinin qarşısını almaq istəyən silahlılara qarşı bölgədə həyəcan elan edilib.
1066 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
05.12.16, 16:07