Şrift ölçüsü:
A+
A
A-
Kr
29 Oktyabr 2014

Rusiya DÇ-2018 qonaqları üçün pulsuz gediş-gəliş təmin edəcək

Dünyanın hədəfində olan Rusiya prezidenti Vladimir Putin söz verdi. O 2018-ci ildə Rusiyada keçiriləcək Dünya Çempionatını izləməyə gələcək tamaşaçıların pulsuz gediş-gəlişlə təmin edəcəyini deyib.

Bu Rusiyanın ev sahibi verdiyi 11 zəmanətdən biridir. "Bu zəmanətlərin reallaşdırılması qanunvericilik, gömrük, vergi sahələrində nizamlamalar, bir sıra tədbir və qərarlar kompleksinin həyata keçirilməsini, eləcə də matçlar keçiriləcək təşkilatçı şəhərlər arasında pulsuz gediş-gəlişin təminatı sahəsində iş tələb edir".

Onun sözlərinə görə, turnirə hazırlıq zamanı əvvəlki illərin təcrübələrindən, xüsuslə Soçi qış olimpiyadası, Kazan Universiadasındakı təcrübədən istifadə ediləcək. "Bütün faydalı işlər, ideyalar, ən yaxşı praktikadan çempionata hazırlıqda tam istifadə etmək lazımdır. Bura loqistika, könüllülərin cəlbi, bilet proqramı, idmançı və qonaqların qarşılanması daxildir".

Qeyd edək ki, futbol üzrə çempionat 2018-ci il 8 iyun-8 iyul arasında Rusiyanın 11 şəhərində olacaq. Matçlar 12 stadionda olacaq.
1164 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 12:34