Şrift ölçüsü:
A+
A
A-
Kr
29 Oktyabr 2014

“Mən İlham Əliyevin dustağıyam”

Seymur Həzi: “Dilqəm Əsgərov və Şahbaz Quliyevi dəstəkləyin, dünyada çox pis imici olan hakimiyyətin ümidinə buraxmayın”

“Azadlıq” qəzetinin şöbə müdiri və “Azərbaycan saatı” trlrproqramının aparıcısı Seymur Həzi həbsxanadan suallarımıza cavab göndərib. Müsahibəni təqdim edirik: 

- Özünüzü necə hiss edirsiniz? 
- Səhhətim və saxlanma şəraitim normaldır. İstirahətdə olmadığımın fərqindəyəm və heç bir şikayətim yoxdur.

- Həbsinizlə bağlı nə deyə bilərsiniz? 
- İttiham son dərəcə absurddur, hadisə isə istedadsız bir tamaşadır. Mən ötən ilin martından, Gürcüstandan Azərbaycana gələrkən bilirdim ki, həbs olunacam. Mütəmadi xəbərdarlıqlar alırdım.

- Sizi kim, niyə həbs etdirmək istəsin?
- Mən bütün məhbuslardan özümü fərqləndirmək istəmirəm. Amma mən yalnız İlham Əliyevdən yazmışam və özümü İlham Əliyevin dustağı sayıram.

- Cəmiyyətə çatdırmaq istədiyiniz bir mesaj varmı?
- Dilqəm Əsgərovu və Şahbaz Quliyevi dəstəkləmək, dünyada çox pis imici olan hakimiyyətin ümidinə buraxmamaq lazımdır. Hər halda onlardan fərqli olaraq biz Azərbaycanda dustağıq.

P.S. Müsahibə vəkil vasitəsi ilə şifahi alındığına görə fikirlər ümumi kontekstdədir./azadliq/

1117 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
03.12.16, 16:47