Şrift ölçüsü:
A+
A
A-
Kr
29 Oktyabr 2014

İŞİD parçalana bilər

Almaniyalı ekspert Udo Ştaynbax İŞİD-in bir neçə terror təşkilatına parçalana biləcəyini deyib. Hərbi uğurların yoxluğu terror təşkilatı tərəfdarlarını ondan uzaqlaşdıra bilər.

Ekspertin sözlərinə görə, Kobanidə və Mosulda uğursuzluq terror təşkilatının işlərinin heç də yaxşı getmədiyini göstərir.

Ştaynbax bildirir ki, İŞİD-in tərəfində gözlənilməzlik faktoru var idi. Ancaq indi bu yoxdu. Terror təşkilatından gələn ən böyük təhlükənin qarşısı alınıb, müqavimət qüvvələri daha yaxşı təşkilatlanıb. İŞİD-in nüfuzu isə hərbi uğurları ilə bağlı idi. Bu uğurlar olmadığı halda tərəfdarları da ondan üz döndərəcək.

Bununla belə ekspert İŞİD parçalanacağı təqdirdə hərbi terrorun yoxa çıxmayacağını da deyib. Təşkilat sadəcə bir neçə terror təşkilatına parçalanacaq./azadlıq/
860 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
29.11.16,