Şrift ölçüsü:
A+
A
A-
Kr
29 Oktyabr 2014

Bakının mərkəzində içməli su sel kimi axır

Bu gün səhər saatlarından Bakıda Ceyhun Hacıbəyli və Mikayıl Rəfili küçələrinin kəsişməsində içməli su kəməri partlayıb və su bir neçə küçədən axaraq Azadlıq prospekti ilə şütüyən avtomobillərin təkərlərini yuyur. “Azərsu” ASC-də qəza haqqında Turan İA-nın müraciətindən sonra saat 10:15 radələrində xəbər tutublar.

Yaxınlıqda yaşayan sakinlər deyirlər ki, qəza baş verən sahədə təmir işləri “Azərsu” ASC tərəfindən təxminən 10 gün olardı ki aparılırdı. Ərazidəki binalara suyun verilməsi 2 gün dayandırılmışdı. İki gün əvvəl isə Nəsimi Rayon İcra Hakimiyyətinin təmir briqadası su borusunun üstünü asfaltla örtüb.

Bakıda içməli su və kanalizasiya borularının dağılması təsadüfi hal deyil. Bir çox hallarda təmir işləri keyfiyyətsiz aparılır.
1329 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı