Şrift ölçüsü:
A+
A
A-
Kr
29 Oktyabr 2014

Husilər Yəmənin cənub-qərbində daha bir şəhəri tutublar

Yəməndə husi inqilabçılarının “Ənsarullah” hərəkatının silahlıları ölkənin cənub-qərbində yerləşən İb əyalətinin ər-Rədma şəhərini tutublar.

Bu barədə "Al Arabiya" telekanalı xəbər verir.

Husilərin İbdəki yeni nailiyyətlərinin onların ölkənin cənub əyalətlərinə doğru hərəkət etmələrinə şərait yaradacağı bildirilir.

Bildirək ki, husi inqilabçıları sözügedən əyalətə və ər-Rədmaya girmək üçün bir neçə gündür, "əl-Qaidə" terror təşkilatı və onunla müttəfiq olan qəbilələrlə döyüşlər aparırlar.

Məlumata əsasən, husilərlə "əl-Qaidə"nin qarşıdurması ər-Rəda əyalətində də davam edib. Burada hər iki tərəf onlarla itki verib, yaralananlar var. Əyalətdə son beş gün ərzində gedən döyüşlərdə isə ümumilikdə 250-dən çox insan ölüb.

Yeri gəlmişkən, Yəməndə yeni hökumət və nazirlər kabinetinin təşkil edilməsi ilə bağlı yerli siyasi cinahlar arasında aparılan danışıqlar hələ ki, nəticə verməyib./SalamNews/
1109 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
0