Şrift ölçüsü:
A+
A
A-
Kr
30 Oktyabr 2014

14 yaşlı türk Vyananı qorxuya saldı

Türk əsilli Avstriya vətəndaşı olan bir yeniyetmə terror şübhəsi ilə yaxalanıb.

Avstriyada türk əsilli olduğu deyilən 14 yaşlı bir oğlan paytaxt Vyanadakı qatar stansiyalarının birində polislər tərəfindən saxlanılıb. Oğlanın yaxlanması zamanı polislərin yaratdığı səs-küy ətrafdakıları da qorxuya salıb.

Onun saxlanılmasına səbəb kimi terrorçu şəbəkələrlə əlaqəyə girməsi olub. Polisin verdiyi məlumatda şübhəlinin 8 ildir Avstriyada yaşadığı bildirilir.

Prokurorluğun açıqlamasında saxlanılan oğlanın internetdən bombanın necə hazırlanmasını öyrəndiyini və Vestbahnhof stansiyasında hücum həyata keçirmək istədiyini etiraf etdiyi qeyd edilir.
924 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
Go to TOP