Şrift ölçüsü:
A+
A
A-
Kr
30 Oktyabr 2014

ABŞ rəsmisi işğalçı İsrailin baş nazirini təhqir etdi

Yəhudi yaşayış məskənlərinin inşasını dayandırmaq istəməyərək, Fələstin sülh prosesini sabotaj edən qondarma İsrail baş naziri Netenyahu ilə ABŞ prezidenti Obama arasında yeni siyasi qalmaqal yaşanır. Avropa.info xəbər verir ki, Obama administrasiyasının yüksək vəzifəli rəsmilərinin İsrail baş naziri Netanyahu üçün "ağciyər", "qorxaq", "alçaq" kimi ifadələr işlətdiyi faktı ortaya çıxıb.

Amerikan jurnalist Cefri Qoldberqə əsəbi şəkildə müsahibə verən ABŞ-lı rəsmilərdən biri Netanyahunun fanatik xarakterə malik olduğunu deyib. Obama administrasiyasının adı çəkilməyən rəsmisi deyib ki, Netanyahunun Şərqi Qüdsdə yeni yaşayış məskənləri tikintisinə başlamaq qərarı ABŞ rəsmilərini özündən çıxarıb.

Cefri Qoldberqin “The Atlantic” jurnalındakı yazısı üçün müsahibə verən adminstrasiyanın rəsmisi ""Bibi"nin (Netanyahunun ləqəbi) əsas xüsusiyyəti onun "ağciyər" olmasıdır . "Bibi"nin ən yaxşı cəhəti odur ki, o, müharibə elan etməkdən qorxur. Pis tərəfi isə ərəb dövlətləri və fələstinlilərlə ortaq məxrəcə gəlmək üçün heç bir iş görmək istəməməsidir" - deyib.

Adı çəkilməyən rəsminin sözlərinə görə, "Bibi" özünü Sabra və Şatiladakı qətliamlara məsuliyyət daşıyan Ariel Şaronla müqayisə edir. “Tək marağı isə özünü məğlubiyyətdən qorumaqdır. O, Yitzak Rabin deyil, Şaron da deyil, Menahem Begin heç deyil. Onun buna cəsarəti çatmaz”.
Netanyahunun nəsə edə bilməsi üçün artıq çox gec olduğunu deyən amerikalı rəsmi artıq hər şeyin gec olduğunu bildirib. “İki-üç il əvvəl şansı vardı. Amma tətiyə sıxmadı. Bu onun nəsə etmək məsələsində istəksizliyi ilə bizim təzyiqlərimizin bir qarışığı idi. Artıq çox gecdir”.

“The Atlantic” jurnalında çap olunan yazıya İsrail tərəfi dərhal reaksiya verib. İsraildə ultra sağ mövqeyi ilə tanınan İqtisadiyyat naziri Neftali Bennet “facebook” səhifəsində açıqlama verib: “Baş nazir adi şəxs deyil. Yəhudi dövlətinin lideridir. Belə ağır təhqir milyonlarla İsrail vətəndaşına və bütün dünya yəhudilərinə ünvanlanmışdır”.

İki ölkə arasındakı münasibətlərdəki gərginlik İsrailin müdafiə naziri Moşe Yalonun Vaşinqtondan gələn amerikan rəsmilərlə görüşdən imtina etməsi ilə daha da yüksəlib. Obama administrasiyası nazir Yalonu alçaldan şərh verərək, bundan sonra israilli naziri görməməzliyə vuracaqlarını bildirib.
979 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı