Şrift ölçüsü:
A+
A
A-
Kr
13 Noyabr 2013

"Aşuradan imtina etməyəcəyik"

Seyyid Həsən Nəsrullahdan terror təhdidlərinə cavab: "Aşuradan imtina etməyəcəyik"

Bütün dünyada keçirilən Aşura mərasimləri bu il Livanda Əl-Qaidə terror təşkilatının təhdidləri fonunda keçiriləcək. Hizbullah baş katibi Seyyid Həsən Nəsrullah təhlükəsizlik tədbirlərinin ən yüksək səviyyədə təmin edilərək Aşura mərasiminin həyata keçiriləcəyini açıqlayıb, - On4haber. 

Məhərrən ayının daxil olmasıyla bağlı etdiyi çıxışında Seyyid Nəsrullah buliki əzadarlıq mərasimlərinin fövqəladə təhlükəsizlik tədbirlərinin görüldüyünü söyləyib. O, terror hadisələrinin və təhdidlərinin artmasını nəzərə alaraq builki mərasimləri təxirə salmaqla bağlı təkliflər aldığını, lakin bunu qətiyyən qəbul etmədiyini bildirib. Əl-Qaidə terror təşkilatına aid Nusra Cəbhəsi və digər terror qruplarından Livandakı Əhli-beyt (ə) ardıcıllarının yaşayış yerlərinə və Hizbullah qərargahlarına hücum təhdidlərini aldıqlarını bildirən Seyyid Nəsrullah buna qarşı geniş mühafizə tədbirləri gördüklərini açıqlayıb. Seyyid Nəsrullah qeyd edib ki, başda əzadarlıq mərasimlərinin keçirildiyi yerlər olmaqla xalqın sıx yaşadığı bütün yerlərdə ciddi təhlükəsizlik tədbirlərinin görüldüyünü vurğulayıb. O, 8-12 min arası Hizbullah əsgərinin bu mühafizəni təmin etmək üçün ayrıldığını bildirib./deyerler/
1878 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı