Şrift ölçüsü:
A+
A
A-
Kr
30 Oktyabr 2014

Suriya ordusu yüzlərlə İŞİD terrorçusunu məhv edib

Suriya ordusu ölkənin əş-Şaer qaz sahəsi rayonunda gedən döyüşlərdə "İslam Dövləti" (İŞİD) terror təşkilatının yüzlərlə üzvünü məhv edib.

Bu barədə Homs əyalətinin qubernatoru Təlyal əl-Bərrazi məlumat verib.

Onun sözlərinə əsasən, "yaxın 72 saatda əş-Şaer İŞİD üzvlərindən tamamilə azad ediləcək".

Bundan əvvəl hərbi mənbə "terrorçularla ağır döyüşdən sonra daimi ordu hissələri və xalq müdafiə qüvvələrinin bəzi cəbhə bölgələrində taktiki geriyə çəkilmə barədə qərar qəbul etdikləri" barədə məlumat verib: "Bu, qüvvələrin yenidən qruplaşması və həlledici hücuma hazırlıq üçün zəruri idi. Ordu Cəbəl-əş-Məhr dağına və əl-Hayyan yatağına doğru geri çəkilib. Silahlıların mövqelərinə, xüsusilə onların Ukeyrabat və Cəbəl-əş-Şaer dağı yaxınlığındakı bazalarına havadan güclü zərbələr endirilib. Terrorçular canlı qüvvə və texnika itirib."/SalamNews/
1244 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 17:27