Şrift ölçüsü:
A+
A
A-
Kr
30 Oktyabr 2014

Xərçəngdən qoruyan 10 möcüzə

Meyvə və tərəvəz istehlakının çox olması insanı müxtəlif xroniki xəstəliklərdən, o cümlədən ürək-damar, diabet və xərçəngdən qoruyur. Bu baxımdan vitamin, mineral, antioksidant və lif anbarı olan bu ərzaqların daha çox qəbul edilməsi orqanizmin qoruyucu təsirini daha da artırır. Analitik.az  bu gün sizlərə əsrimizin bəlasına çevrilmiş xərçəngdən qoruyan 10 əsas meyvə və tərəvəzi təqdim edir. 

1 - MALİNA 
Tərkibində üzvi turşular( əsas da salisil), kalsium, fosfor, dəmir, selluloza vardır. Güclü tərqovucu, hərarət salıcı təsiri vardır. Qanın yaranmasında olan narahatlıqlarda kömək edir, qalxanabənzər hormonları tənzimləyir.

2 - TURP 
Qaraciyər üçün çox faydalıdır. Qaraciyəri qüvvətləndirər və şişliyini aşağı salır. Sarılığa qarşı da faydalıdır. Böyrək və öd daşlarını tökməyə köməkçi olur. Romatizm xəstələri üçün də faydalıdır. Astma və bronxit kimi tənəffüs yolu xəstəliklərinə yaxşı gəlir. Öskürəyi kəsər.
 
3-BÖYÜRTKƏN
 Tərkibindəki "eliagic" turşu xərçəngli hüceyrələrin ölməsini təmin edir. Böyürtkən yarpaqları da çox faydalıdır və dəmlənib çay kimi içilə bilər. Bədəndəki zərərli maddələrin təmizlənməsinə köməkçi olar. Yaxşı bir antioksidandır. Təzyiqi salır və bədəni gücləndirir.
 
4 - REYHAN
Sakitləşdirici xüsusiyyəti ilə bədəni rahatlaşdırar. Enerji verər. İştah açandır. Həzimsizliyi aradan qaldırar. Öskürəyi və baş dönməsini kəsər. Ağız içindəki yaralara qarşı faydalıdır. Dərini təmizləyər. Reyhan ile hazırlanan losyonlarla saç dərisinə masaj edilsə saç köklərini gücləndirər. Reyhan yağı selülit şikayətlərini azaldar.

5 - QIRMIZI BİBƏR 
Beta karoten və C vitamini baxımından zəngin olan qırmızı bibər immun sistemini gücləndirərək bədənin xəstəliklərə, xüsusilə də xolera kimi yoluxucu xəstəliklərə qarşı müqavimətini artırır. Həzmi yüngülləşdirir və iştah açıcı təsiri vardır.

6 - POMİDOR 
Qabığı həzmi asanlaşdırır. Bədəndəki zərərli maddələrin uzaqlaşdırılmasına köməkçi olar. Qanı təmizləyər. Xərçəngin qarşısını almaqda çox təsirlidir. Ürək xəstəliklərinə qarşı qoruyucudur. Damar sərtliyi və revmatizmaya yaxşı gəlir. Yaşlanmağı gecikdirər. Dəriyə təzəlik verər.
 
7 - YAŞIL ÇAY
Yaşıl çay insan ömrünü uzadır və insan sağlamlığına çox faydalıdır. Diyet edənlər şübhəsiz istifadə etməlidir. Xərçəng növlərində yaşıl çay çox faydalıdır.
 
8 - KİVİ 
İmmunitet sistemini gücləndirər. Soyuqdəymə və qrip kimi xəstəliklərə yaxşı gəlir.  Başda döş xərçəngi olmaq üzrə, xərçəng meydana gəlməsinə və irəliləməsinə qarşı qoruyucudur. Qan təzyiqini tarazlayır. Təzyiqi və qandakı xolesterol nisbətini salar. Qaraciyəri işlədər və qanı təmizləyər. Qansızlığa və mədə narahatlıqlarına yaxşı gəlir. Yaşlanmanın dəridəki əlamətlərini azaldır.
 
9 - QOZ 
Tərkibində Omeqa 3 yağ turşuları olduğu üçün xərçəngdən qoruyur. Ürək-damar xəstəliklərinə də xeyirlidir.  Yaddaşı qüvvətləndirər. Bədəndəki zərərli maddələrin bədəndən uzaqlaşdırılmasına kömək edər. Xolesteronu salmağa kömək edir. Gündə 1 ovuc qoz yeyilməlidir.
 
10 -BALIQ
Omeqa 3-lə zəngin olan balıqları seçin. Həftədə 2 dəfə qızılbalıq, skumbriya, sardina və ay balığı kimi omeqa 3 yağ turşuları ilə zəngin olan balıqları yemək xərçəngdən qoruyar. Balıq döş xərçənginin yayılmasına, bağırsaq, mədəaltı vəzi xərçənglərinin böyüməsinə mane olur. Həmçinin infarktın da qarşısını alır.
1137 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
08.12.16, 11:16
<