Şrift ölçüsü:
A+
A
A-
Kr
30 Oktyabr 2014

Eldəniz Quliyev həbs olundu - İslah

Oktyabrın 30-da Nəsimi Məhkəməsində Milli Şuranın üzvü, tanınmış ziyalı Eldəniz Quliyevə qarşı növbəti məhkəmə prosesi keçirilib. Proses zamanı E.Quliyevə qarşı hökm çıxarılıb.

Məhkəmə Eldəniz Quliyevə 480 saat ictimai islah işləri üzrə həbs cəzası verib. Həmçinin o, min manat cərimə olunub. Bundan əlavə, qərarda ekspertiza rəyinə görə, 140 manat pulun dövlət büdcəsinə keçirilməsi də öz əksini tapıb.

Həmçinin, onun haqqında başqa yerə getməmə haqda qərar hökm qanuni qüvvəyə minənə qədər qüvvədə saxlanılıb.

Qeyd edək ki, Eldəniz Quliyev bir müddət əvvəl mətbuatda və sosial şəbəkələrdə Daxili İşlər naziri Ramil Usubova müraciət etmiş və yol polisi ilə bağlı müəyyən neqativ fikirlərini yazmışdı. DYP haqqında işlədilən ifadələri təhqir və böhtan olduğunu hesab edən R.Usubov isə Nəsimi Rayon Məhkəməsinə müraciət etmişdi. Məhkəmə Eldəniz Quliyevin 147.1 (təhqir) və 148-ci (böhtan) maddələri ilə cinayət məsuliyyətinə cəlb olunması barədə Ramil Usubov tərəfindən verilən xüsusi ittiham qaydasında şikayəti icraata qəbul etmişdi./musavat/
1155 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi