Şrift ölçüsü:
A+
A
A-
Kr
30 Oktyabr 2014

İsveç Fələstini dövlət kimi tanıdı

Oktyabrın 30-da İsveçin xarici işlər naziri Marqot Valstrom hökumətinin Fələstini dövlət kimi tanıdığını bəyan edib. Valstrom bildirib ki, bu, fələstinlilərin öz müqəddəratını həll etmək hüququnu təsdiq edən mühüm addımdır.

İndiyə qədər heç bir Avropa ölkəsi Fələstini dövlət kimi tanımamışdı.

Oktyabrın 13-də Böyük Britaniya parlamentinin İcmalar Palatası (aşağı palata) hökumətə Fələstini müstəqil dövlət kimi tanımağa çağırış yer alan qətnamə qəbul edib.

2012-ci il noyabrın 29-da Fələstin BMT üzvü olmayan müşahidəçi dövlət statusu alıb. Qərar Fələstinin BMT bayrağı altında bütün beynəlxalq təşkilatlara birbaşa müraciət hüququnu tanıyır, ona ərazisi işğal olunmuş müstəqil dövlət statusu verir. Bu o deməkdir ki, İsrail 1967-ci ildə müharibə ilə tutduğu Fələstin ərazilərindən – Qüdsdən və İordan çayının qərb sahilindən çıxmalıdır./Media forum/
1074 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
24.02.17, 22:39
DOĞRU OLMAQ GÜNAHMI?
24.02.17, 20:51
MASALLI ƏHLİNƏ MƏKTUB
23.02.17, 09:38
İnstaqramda yeni funksiya
22.02.17, 18:58
Əsgərimiz şəhid oldu