Şrift ölçüsü:
A+
A
A-
Kr
30 Oktyabr 2014

Abdullah Öcalan öldü?

PKK terror təşkilatının lideri Abdullah Öcalanın ölməsi barədə yayılan məlumatlara Türkiyə höküməti rəsmən münasibət açıqlayıb.

Sosial şəbəkələrdə Abdullah Öcalanın ölməsi barədə yayılan xəbərlərə kəskin münasibət bildirən Türkiyənin ədliyyə naziri Bəkir Bozdağ bunu təxribat adlandırıb:

"Sosial şəbəkələrdə Abdullah Öcalanın ölməsi barədə yayılan xəbərləri əsassız, uydurulmuş və provokasiya xarakterlidir".

Nazirin müşaviri Adnan Boynukara da "Twitter"də etdiyi şərhdə bildirib ki, İmralı xəstəxanasında saxlanılan Ocalanın ölməsi barədə yayılan xəbər əsassızdır və təxribat məqsədi daşıyır".

Qeyd edək ki, Türkiyənin kürdlərin yaşadığı Kobani şəhərinə İŞİD tərəfindən edilən hücumlara soyuqqanlı yanaşması ölkədə iğtişaşlara səbəb olmuşdu. Qısa müddətdə kürd kökənli vətəndaşlarını sakitləşdirən Türkiyəni yeni iğtişaşlara sürükləməyə hesablanmış Öcalanın ölməsi barədə yalan məlumatların yayılması heç də təsadüfi deyil. Yayılan xəbərləri ən yüksək səviyyədə elə sosial şəbəkələr vasitəsi ilə təkzib etmək də Türkiyə hakimiyyətinin operativliyini ortaya qoydu./ans/
943 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
05.12.16, 18:39