Şrift ölçüsü:
A+
A
A-
Kr
30 Oktyabr 2014

Ərdoğanın 1000 otaqlı dəbdəbəli sarayı

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan özünün Ankaradakı yeni sarayını qonaqlarına təntənəli şəkildə təqdim edib.

Bu məlumatı “Euronews” telekanalı yayıb. Xəbərdə deyilir ki, Türkiyə prezidentinin 1000 otaqdan ibarət bu ifrat dəbdəbəli sarayı yerli müxalifəti hiddətləndirib. Müxalifətçiləri daha çox sarayın qiyməti qəzəbləndirir. Belə ki, onun tikintisinə 270 milyon avrodan çox vəsait xərclənib.
Türkiyə prezidentinin siyasətindən narazı olan türk siyasətçiləri deyirlər ki, bu monumental bina dövlət başçısının avtokratik idarəetmə metodlarına meylləndiyini göstərir.
Ətraf mühitin mühafizəsi ilə məşğul olan dairələr də belə bir sarayın ucaldılmasından narazılıqlarını bildiriblər. Onlar deyir ki, tikinti işləri aparılan zaman yüzlərlə ağac məhv edilib.
Qeyd edək ki, bu saraydan əvvəlcə baş nazirin iqamətgahı kimi istifadə olunacağı nəzərdə tutulurdu. Amma Ərdoğan prezident kürsüsünə əyləşən kimi plan da dəyişdi və saray onun sərəncamına keçdi./virtualaz/
1750 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
29.11.16, 10:42
Eldar Mahmu