Şrift ölçüsü:
A+
A
A-
Kr
13 Noyabr 2013

Pərviz Həşimli adlar çəkdi

Pərviz Həşimli adlar çəkdi: Kərəm Həsənov, Malik Həsənəv və...

Bu şəxslərin öz cinayətlərini gizlətmək üçün Pərviz haqda yalan məlumatlar yaydıqları iddia olundu
2 aya yaxın müddətdir ki, MTN-in istintaq təcridxanasında saxlanılan hüquq müdafiəçisi və jurnalist Pərviz Həşimlinin vəkili Bəhruz Byramov bu gün MTN təcridxanasında müvəkkili ilə görüşüşb. Moderator.az-a açıqlama verən vəkil Pərviz Həşimlinin vəziyyətinin normal olduğunu bildirdi:

“ Pərvizin vəziyyəti normaldır. Jurnalist bəzi mətbu orqanlarda onun haqqında gedən yazılara da münasibət bildirib. Pərvizin sözlərinə görə, bəzi mətbuat vasitələri onun haqqında prezidentin yanında mənfi rəy yaratmaq istəyirlər ki, guya o, kimlərəsə pul ötürülməsində vasitəçi olub. Pərviz "Qurani -Kərim"ə and içərək heç kim arasında vasitəçi olmadığını bildirib. P.Həşimli qeyd edib ki, onun həbsi yazdığı tənqidi yazılarla bağlı olub. Jurnalist Kərəm Həsənov və onun qardaşı Malik Həsənovun qanunsuz əməlləri barədə yazılar yazdığını bildirib və qeyd edib ki, onun həbsində bu amillərin də rolu az deyil. Pərviz həmçinin “Azinko” şirkətinin sifarişlərini yerinə yetirən Fərman adlı bir şəxsin də onun həbs olunmasında əli olduğunu bildirib. Onun qənaətinə görə qeyd olunan bu şəxslər öz cinayətlərini gizlətmək üçün Pərviz haqda yalan məlumatlar yayıblar.”/musavat/
2334 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber