Şrift ölçüsü:
A+
A
A-
Kr
31 Oktyabr 2014

Rusiya, Ukrayna və Aİ arasında qaz sazişi imzalandı

Brüsseldə keçirilən danışıqlarda Rusiya, Ukrayna və Avropa İttifaqı nümayəndələri qış mövsümünü əhatə edəcək qaz tədarükünə dair üçtərəfli müqavilə imzalayıblar. “RİA Novosti”-nin verdiyi xəbərə görə, Rusiyanın “Qazprom” və Ukraynanın “Naftoqaz” şirkətləri arasında imzalanmış kontrakt, həmçinin, 2015-ci ilin martın sonunadək qaz tədarükünün şərtlərini müəyyənləşdirib. “Tərəflər əldə olunmuş sazişin şərtlərinə tam əməl olunmasına dair üzərinə öhdəlik götürürlər. Heç kim qazın tədarükündə yaranacaq fasilələrdən faydalanmayacaq. Tərəflərin maraqlarına hörmətlə yanaşılmalıdır”, deyə Avropa Komissiyasının rəhbəri Joze Manuel Barrozu bildrib. O, həmçinin, müqavilənin imzalanmasının Rusiya-Ukrayna münasibətlərinə də müsbət təsir edəcəyinə ümidvar olduğunu vurğulayıb.

Sazişin şərtlərinə əsasən, Rusiya ixrac rüsumunun azaldılması hesabına Ukraynaya hər 1000 kubmetr qaza 100 dollar endirim tətbiq edəcək. Avropa Komissiyasının vitse-prezidenti Günter Ettinger qeyd edib ki, belə olacağı təqdirdə, Ukraynanın 4 mlrd kubmetr Rusiya qazını ödəmək imkanı olacaq, bu isə Aİ ölkələrinin fasiləsiz qaz təchizatını təmin edəcək.
1092 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi