Şrift ölçüsü:
A+
A
A-
Kr
13 Noyabr 2013

Messi karyerasına son qoya bilər

"Barselona"nın ulduz futbolçusu Lionel Messi karyerasına son qoya bilər.
5 ildir ki, eyni zədə səbəbindən əziyyət çəkən Messinin karyerasını vaxtından öncə bitirə biləcəyi iddia olunub.

“Axar.az”ın xəbərinə görə, bu mövsüm ilk dəfə hazırlıq prosesində zədələnən Messi ikinci dəfə Superkubok qarşılaşmasından sonra zədə alıb. Sentyabrın sonunda üçüncü dəfə meydanı yarımçıq tərk edən futbolçu bununla da üç matçda forma geyməyib.

Həkimlər Messinin zədəsinin ciddi olduğunu bildirib. Kataloniya klubunun sabiq həkimlərindən biri Xordi Ardevol isə İspaniya mətbuatına açıqlamasında deyib ki, ötən mövsümün sonu zədələnən hücumçu həmin vaxt tamamilə sağalmadan yaşıl meydançaya qayıdıb.

Bu isə onun yenidən eyni problemi yaşamasına səbəb olub: "Lionel Messinin zədələnməsinin günahkarı elə özüdür. Buna görə də o, tam hazır olmadan forma geyinməməlidir. Messi əvvəlcə sağalmalı, sonra hazırlıqlara başlamalıdır".
2269 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı