Şrift ölçüsü:
A+
A
A-
Kr
31 Oktyabr 2014

Atəşkəs rejimi 31 dəfə pozulub

Müdafiə Nazirliyi bildirir ki, cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimi ümumilikdə 31 dəfə pozulub.

Erməni silahlı bölmələri Ermənistan Respublikasının Noyemberyan rayonunun Barekamavan kəndində yerləşən mövqelərdən Qazax rayonunun Qaymaqlı kəndində yerləşən mövqelərimizi atəşə tutub.

Ağdam rayonunun Şurabad, Novruzlu, Füzuli rayonunun Aşağı Veysəlli, Qaraxanbəyli, Horadiz, Xocavənd rayonunun Kuropatkino kəndləri yaxınlığında, həmçinin Goranboy, Xocavənd və Füzuli rayonlarının ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Azərbaycan Silahlı Qüvvələrinin mövqeləri atəşə tutulub./apa/
1077 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber