Şrift ölçüsü:
A+
A
A-
Kr
31 Oktyabr 2014

“Anar Məmmədov bu qətl üçün 500 min dollar təklif etdi...”

Nazirin oğlunun adı Türkiyə qəzetlərinin manşetində; “Hürriyet” qəzetində sensasion yazı dərc olunub; Anar Məmmədov ondan pul oğurlayan mühafizəçisini öldürtməyi sifariş verib; dərc olunan yazı “gizli əl” sayəsində “Hürriyet”dən silinib; lakin “iz” qalır... 

Türkiyənin “Hürriyet” qəzeti 2013-cü il mayın 14-də Azərbaycan nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədovun Türkiyədəki cangüdənləri arasındakı silahlı insident haqqında yenidən yazıb. Bu haqda “Azadlıq” qəzetinin saytı Türkiyənin “Hürriyet” qəzetinə istinadən xəbər yayıb.




“Hürriyet” yazır ki, hadisə adi kriminal olmaqdan çıxıb: “Çünki olayın arxasında Azərbaycanın nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədovun adı peyda olub. 

2013-cü il mayın 14-də Antalyada, Gənclik məhəlləsində baş verən bu qanlı hadisə Ziya Məmmədovun oğlu Azərbaycan-Amerika Alyansının, eləcə də "Garant Holding"in prezidenti Anar Məmmədovun mühafizəçiləri arasında baş verib. Hadisə Anar Məmmədovun mühafizəsinin rəisi olan 51 yaşındakı ehtiyatda olan zabit İsmayıl Gənc ilə mühafizəçi, 35 yaşındakı Kubilay Göl arasında yaşanıb. Mübahisə böyüyüb, hər iki tərəf silaha əl atıb. Kubilay Göl daha çevik hərəkət edərək İsmayıl Gənci yaralayıb".

Faktla bağlı cinayət işi açılıb, 2013-cü il dekabrın 22-də Antalyadakı 4-cü Ədliyyə Hüquq Məhkəməsinə təqdim edilən iş üzrə ifadələr alınıb.


Kubilay Göl istintaqa verdiyi ifadədə bildirib ki, Anar Məmmədov onu çağıraraq İsmayıl Gənci öldürməsini istəyib, amma o, bundan imtina edib. Kubilayın bildirdiyinə görə, Anar Məmmədov bu qətl üçün ona 500 min dollar təklif edib. Anar Məmmədov hesab edirmiş ki, İsmayıl Gənc onun Türkiyədən Azərbaycana köçürdüyü qara pullardan oğurlayırmış.
Kubilay Göl deyib ki, İsmayıl Gənci öldürməkdən imtina etsə də bir müddət sonra onunla üz-üzə gəlməli olublar: “Pul oğurluqları ilə bağlı məsələni müzakirə etmək üçün İsmayıl Gənclə Antalyadakı ”əski sənaye" deyilən yerdə görüşdük". Tərəflərin mübahisəsi silahlı qarşıdurmaya qədər böyüyüb: “Mən vurmasam, o məni vuracaqdı”.


Kubilay Göl bildirib ki, bu mübahisəni Bakıda da yatırmaq üçün çox cəhdlər olub və işə hətta Azərbaycan Daxili İşlər Nazirliyindən olan adamlar da qarışıblar.

Kubilay Göl əvvəllər məhkum olunmayıb, Türkiyədə "özəl tim" adlanan xüsusi təyinatlı qüvvələrdə serjant olub. Sonra Anar Məmmədovun Türkiyədəki projeləri üçün xüsusi heyət topladığını eşidərək, istefa edib və onunla işləməyə başlayıb. Anar Məmmədovun mühafizə xidmətində 2 il yarım işləyib: "Mühafizənin rəisi İsmayıl Gənc idi. Gənc mühafizə xidmətindən başqa, bəzi yatırımlarla bağlı pul köçürmələrini də gerçəkləşdirirdi. Qısa zamanda milyonluq sərvət sahibi oldu. Əlbəttə, onun qısa zamanda belə varlanması patronun diqqətini çəkirdi".


Onu da vurğulayaq ki, “Hürriyet” qəzeti bu məsələ bir neçə dəfə toxunub. 2013-cü il iyulun 17-də Yalçın Bayer köşə yazısından bu olayı belə təsvir edib: “Azərbaycan xalqı son həftələrdə nəqliyyat naziri Ziya Məmmədovun oğlunun Türkiyə vətəndaşı olan mühafizəçisinin aqibəti ilə maraqlanır. Azərbaycanlı dostların verdiyi xəbərə görə, Anar Məmmədovun həm biznes, həm də sosial həyatda yüksəlişi ictimaiyyətin diqqət mərkəzindədir. İllərdir Anar Məmmədovun mühafizəçisi olan İsmail Genç azərbaycanlı mühafizəçilərlə münaqişə edirmiş. Üç həftə öncə baş verən mübahisə də isə silahlar dilə gəlib. Genç ağır yaralanıb və xəstəxanaya aparılıb. Ancaq basqı altında olan Azərbaycan mediası bu haqda xəbər yaza bilmədi... Bu arada Anar Məmmədovun İstanbulun Çırağan sarayında milyon dollarlıq ad günü keçirdiyi və Bodrumda 40 milyon dollara ada aldığı danışılır. Nəqliyyat nazirinin oğlu olan Anar Məmmədovun miqyassız sərvəti Azərbaycanda xeyli dedi-qoduya mövzu verib”.

Anar Məmmədovla bağlı Türkiyə mediasında gedən yazıların daha bir özəlliyi isə onların qısa sonra ya təkzib edilməsi, ya da saytlarda “qeybə” çəkilməsidir. Yalçın Bayer yuxarıda bir parçasını təqdim etdiyimiz köşəsindən iki gün sonra Anar Məmmədovun vəkilinin təqdim etdiyi təkzibi köşəsinə əlavə edib. Təkzibdə Anar Məmmədov Britaniyada yüksək təhsil alan parlaq gənc kimi təqdim edilir. Anar Məmmədovun mühafizəçilərinin silahlı qarşıdurması haqqında sonuncu yazı isə bir neçə saat sonra hürriyet.com saytından çıxarılıb./musavat/
1163 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
30.11.16, 10:56
“Akula Akif” b