Şrift ölçüsü:
A+
A
A-
Kr
31 Oktyabr 2014

“Türkiyə İŞİD-ə yardım edir”

Suriyanın baş müftisi Əhməd Bədrəddin Hassun Türkiyə hökumətinin İŞİD-ə yardım etdiyini açıqlayıb.

Rusiyaya səfər edən suriyalı şeyx paytaxt Moskvada təşkil olunan mətbuat konfransında çıxış edərək İŞİD-in Türkiyə hökuməti ilə bağlı olduğunu iddia edib.

Suriyada itkin düşmüş 2 Rusiya vətəndaşı ilə bağlı heç bir bilgiyə sahib olmadığını deyən şeyx Kremlin bu barədə türk kəşfiyyatına müraciət etməli olduğunu bildirib:

“İtkin düşən rusiyalılarla bağlı məlumatım yoxdur. Bunun üçün Türkiyə kəşfiyyatına müraciət etmək lazımdır. Çünki Türkiyənin İŞİD-lə bağlılığı var. İŞİD-in öldürdüyü avropalı jurnalistlər edam edilməzdən öncə Türkiyə kəşfiyyatı məlumatlandırılmışdı. Lakin Ərdoğan bunun qarşılığında öz vətəndaşlarını xilas etdi”.  


Ölkə daxilində şiddətli döyüşlərin getdiyini deyən şeyx Türkiyənin təkcə İŞİD-ə yox, digər radikal qruplaşmalara da silah yardım etdiyini açıqlayıb.
1107 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber