Şrift ölçüsü:
A+
A
A-
Kr
31 Oktyabr 2014

Biləsuvar sərhəd buraxılış məntəqəsi 24 saat işləyəcək

Azərbaycan-İran sərhədində fəailiyyət göstərən Biləsuvar sərhəd buraxılış məntəqəsinin yaxın vaxtlarda 24 saat ərzində fəaliyyət göstərməsi üçün hazırlıq işləri gedir.

Bunun üçün İran Biləsuvarında Azad İqtisadi Zona yaradılacaq. Artıq qarşı tərəf bu təcrübədən hələ 9 il əvvəl Azərbaycanla həmsərhəd olan Culfa bölgəsində 53 min hektar ərazini əhatə edən “Araz" Azad İqtisadi Zonasını yaradıb.

İqtisadi Zonada fəaliyyət göstərən müəssisələr isə 20 il müddətinə vergi və rüsumdan azad edilib. Sərhəd buraxılış məntəqəsinin fasiləsiz fəaliyyəti Azərbaycan tərəfi üçün də sərfəli olacaq.

İlkin olaraq yeni qaydalar buraxılış məntəqəsindən qarşı tərəfə keçən sürücü və piyadalar fasiləsiz çalışacaq. Bu isə iaşə obyektlərinin sahiblərini daha çox sevindirəcək.
Biləsuvar Gömrük İdarəsinin rəis müavini Mirrafiq Mirsulatonov Azərbaycan tərəfinin buraxılış məntəqəsinin fasiləsiz fəaliyyət göstərməsinə texniki baxımdan tam hazır olduğunu vurğulayıb.

Qurum rəsmisi əlavə edib ki, axşam növbəsində çalışacaq heyət tam təşkil olunana qədər hələ ki, bura digər buraxılış məntəqələrindən ezam olunmuş işçilərin cəlb olunması gözlənir.
992 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı