Şrift ölçüsü:
A+
A
A-
Kr
31 Oktyabr 2014

Elektroşokla vurub pullarını apardılar

Oktyabrın 30-da saat 16:10 radələrində Bakıda quldurluq hadisəsi baş verib. Bakı şəhər Baş Polis İdarəsindən verilən məlumata görə, Qaradağ rayonunda yerləşən ticarət mərkəzində naməlum şəxs Abşeron rayon sakini İlqar Hüseynovun üzündən elektroşokla vuraraq içərisində 5000 manat olan sellofan paketi əlindən alıb qaçıb. Qaradağ RPİ 10-cu Polis Bölməsi, Çevik Polis Alayı əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, quldurluqda şübhəli bilinən Şərur rayon sakini Mübariz Zaxarov tutulub./lentaz/
1125 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber