Şrift ölçüsü:
A+
A
A-
Kr
31 Oktyabr 2014

Ənbar əyaləti bir ay ərzində azad ediləcək

“Təhlükəsizlik qüvvələri və qəbilə silahlıları əl-Ənbar əyalətini bir ay ərzində azad edəcəklər”. İnterAz-ın “SumariyaNews” istinadla verdiyi xəbərə görə, bunu İraqın müdafiə naziri Xalid əl-Ubaydi əyalətə səfərində deyib.

İraq müdafiə naziri əl-Ənbarda Eynul-Əsəd hava qərargahında ölkə hərbiçiləri ilə görüşü zamanı əyalətin azad edilməsi istiqamətində yerli qəbilələrin silahlandırılmasının sürətləndiriləcəyini qeyd edib.

Bildirək ki, əl-Ənbar əyaləti İraqın Suriya, İordaniya və Səudiyyə Ərəbistanı ilə sərhəddə yerləşən və ümumi ərazisi 139 min kvadrat klometr olan bir əyalətdir. İraq ərazisinin üçdə bir hissəsini özündə ehtiva edən bu əyalət “İŞİD”in ən mühüm sığınacağıdır.
1043 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:42