Şrift ölçüsü:
A+
A
A-
Kr
01 Noyabr 2014

01 noyabrda gözlənilən hava şəraiti

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə:
Bakıda və Abşeron yarımadasında
Noyabrın 01-də buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, havanın bəzi yerlərdə çiskinli olacağı, axşama doğru yağış yağacağı ehtimal olunur.
Cənub küləyi axşam mülayim şimal küləyi ilə əvəz olunacaq. Havanın temperaturunun gecə 9-12, gündüz 13-16 dərəcə isti olacağı gözlənilir.
Atmosfer təzyiqi 764 mm civə sütunundan 760 mm civə sütununa düşəcək, nisbi rütubət 80-90 faiz təşkil edəcək.
Azərbaycanın rayonlarında
Noyabrın 01-də arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturunun gecə 6-11, gündüz 12-17 dərəcə isti, dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 3-8 dərəcə isti olacağı gözlənilir.
1043 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:42