Şrift ölçüsü:
A+
A
A-
Kr
13 Noyabr 2013

Rusiyadan gələn pulların məbləği açıqlandı

Samir Əliyev: «Miqrantların ölkəyə qayıtması sosial gərginliyin artmasına gətirib çıxaracaq»

Rusiyada miqrantlara qarşı kampaniyanın başlanması Azərbaycanda da ciddi narahatçılığa səbəb olub. Buna səbəb ilk növbədə gözlənilən miqrant axınıdır. Eyni zamanda miqrantların ölkəyə göndərdiyi vəsaitlərin azalması da ölkə iqtisadiyyatına təsirsiz ötüşməyəcək. Çünki müxtəlif məlumatlara görə, hər il ölkəyə miqrantlar vasitəsilə təxminən 2 mlrd dollar vəsait daxil olur. Bu məbləğin bir hissəsinin azalması ciddi sosial-iqtisadi problemlər yaradacaq.

Rusiyanın Mərkəzi Bankı bu ilin ilk altı ayında MDB respublikalarından olan miqrantların vətənlərinə nə qədər pul göndərdiyinə dair statistikanı açıqlayıb.

Virtualaz.org saytı Rusiya KİV-lərinə istinadən xəbər verir ki, bu il Rusiyadan Azərbaycana 524 milyon dollar gəlib.

Bu vəsaitlərin azalması ölkəyə nə vəd edir?

İqtisadçı-ekspert Samir Əliyev Rusiyanın miqrantlardan təzyiq vasitəsi kimi istifadə etdiyini, lakin kütləvi miqrant axınının gözlənilmədiyini deyir. Çünki Rusiyanın ucuz işçi qüvvəsinə böyük ehtiyac var. Miqrantların ölkəni tərk etməsi Rusiya üçün də problem yarada bilər: «Miqrantların da arasında iş bölgüsü var. Qafqazlıların gördüyü işi Orta Asiyadan olanlar edə bilməz. Ruslar da bu işləri heç vaxt görməz. Bu baxımdan miqrantların bir qismi qovulsa da, bunun geniş vüsat alacağını gözləmirəm».

Ekspert hətta cüzi miqrant axınının ölkədə iqtisadi problemlər yada bləcəyini də qeyd etdi: «Azərbaycanda əhalinin yarısı Bakıdadır, qalanları da Rusiyada. Regionlar Rusiyanın hesabına dolanır. Rayonlarda elə ailə yoxdur ki, ordan bir nəfər Rusiyada olmasın. Həmin bir nəfər isə 3-4 nəfəri dolandırır. Ona görə onların qayıtması sosial, iqtisadi baxımdan çox böyük gərginlik yarada bilər. Həmin insanlar faktiki işsiz kimi geri qayıdacaq. Bu kriminogen duruma da təsir göstərə bilər. Ölkədə işsizlərin sayının artması sosial gərginliyin artmasına gətirib çıxaracaq. Bütün bunlar Azərbaycanda ciddi sosial problem yarada bilər».
1864 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı