Şrift ölçüsü:
A+
A
A-
Kr
01 Noyabr 2014

Mədəndə qorxulu hadisə

Türkiyə Karaman vilayətinin Ermenek rayonunda mədən faciəsimnin baş verdiyi yerdə növbəti qorxunc hadisə baş verib.

Yığılan suyun təxliyyəsi zamanı mədəndə çökmə baş verib.

Axtarış-xilasetmə qrupunun əməkdaşları mədənə giriş yolundakı dağıntıları sürətlə təmizləməyə başlasa da içəridə köməksiz qalan 18 fəhlənin sağ qalması barədə ümidlər tükənir.

Qeyd edək ki, oktyabrın 28-də günorta vaxtı Ermenek rayonundakı kömür mədəninə naməlum mənbədən su dolmağa başlayıb. Təxminən 10 min ton suyun dolduğu mədəndə 18 fəhlənin köməksiz qaldığı bildirilir.

Su nasoslarla mədənsən boşaldılsa da ötən gün suyun təxliyyə olunduğu bölgələrdə çökmə təhlükəsi yaranıb. Bu səbəbdən suyun təxliyyəsi dayandırılaraq mədənə giriş hissəsinin dayaqlarla gücləndirilməsi işinə başlanılmışdı.

Bu gecə isə mədəndə çökmə yaranıb və hazırda təmizlik işləri davam edir.
1077 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...